📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın seçilməsi heç nəyi dəyişməyəcək - Medvedyev

2024-09-07 13:41:40

Trampın seçilməsi heç nəyi dəyişməyəcək - Medvedyev

ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlsə, Rusiya əleyhinə sanksiyaları ləğv etməyəcək.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.

“Tramp bir iş adamı kimi başa düşür ki, sanksiyalar dünyada dolların hökmranlığına zərər verir. Lakin ABŞ-da inqilaba başlamaq və antirusiya xəttinə qarşı getmək üçün bu, kifayət deyil. ABŞ-dakı bədnam dərin dövlət istənilən "Tramp"dan qat-qat güclüdür", - Medvedyev bildirib./axar.az/