📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın seçilməsi Kiyevlə Tbilisiyə necə təsir edəcək? - Gürcüstanın Baş naziri açıqlama verib

2024-07-22 14:21:24

Trampın seçilməsi Kiyevlə Tbilisiyə necə təsir edəcək? - Gürcüstanın Baş naziri açıqlama verib

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzü Donald Trampın yenidən ABŞ Prezidenti seçiləcəyi təqdirdə Ukraynadakı müharibənin gedişinə necə təsir göstərə biləcəyi barəsində fikrini səsləndirib. Onun fikrincə, eks-prezident Donald Trampın noyabr ayındakı seçkilərdə qələbə qazanacağı təqdirdə Ukraynadakı münaqişə demokratların namizədinin rəhbərlikdə olması ilə müqayisədə "xeyli tez başa çatacaq".
Kobaxidzə bu sözləri jurnalistlərlə söhbəti zamanı söyləyib.
Kobaxidzenin sözlərinə görə, Tramp yenidən prezident seçilərsə, bu regiondakı vəziyyət sakitləşəcək və yeni geosiyasi şəraitdə Gürcüstana münasibət dəyişəcək.
Hürr Tərcüman