📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın təyyarəsi təcili eniş etdi

2024-08-10 11:00:33

Trampın təyyarəsi təcili eniş etdi

ABŞ-nin keçmiş prezidenti və 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın təyyarəsi bu gün Montana ştatının Billinqs hava limanına təcili eniş edib.

Hurriyyet.az bu barədə teleqram kanallarına istinadən xəbər verir. 

Məlumata görə enişə səbəb texniki nasazlıq olub. 

Bildirilib ki, bu hadisə Trampın təyyarəsi Montana əyalətindəki “Bozeman Yellowstone” hava limanına gedərkən baş verib.

Onu da qeyd edək ki, Trampın həyatına sui-qəsdə cəhd olduqdan sonra onun mühafizəsi artırılıb. Namizəd daha yüksək səviyyədə qorunur və səfərlərinə xüsusi komanda nəzarət edir. /Musavat.com/