📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampın xüsusi nümayəndəsi Zelenski ilə görüşəcək

2025-02-17 17:14:34

Trampın xüsusi nümayəndəsi Zelenski ilə görüşəcək

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqun 20-22 fevral tarixlərində Kiyevə səfər edəcəyini bildirib. 
Zelenski bu məlumatı BƏƏ-dəki mətbuat konfransında verib. Kelloq Zelenski ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski və müdafiə naziri Rustam Umerovla görüşəcək. 
Zelenski deyib: "Məncə onun görüşlərin ardından Birləşmiş Ştatlara qayıtmasından sonra biz mənim ABŞ Prezidenti Donald Trampla görüşümün nə vaxt baş tutacağını biləcəyik".
Hürr Tərcüman