📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampla bağlı istintaq davam edir – 6 nəfər dindiriləcək

2021-11-09 14:06:00

Trampla bağlı istintaq davam edir – 6 nəfər dindiriləcək

Hurriyyet.az xəbər verir ki, ABŞ-da 6 yanvar tarixində Konqresə hücumla bağlı istintaq aparan xüsusi komitə keçmiş prezident Donald Trampın keçmiş müşavirləri və kampaniya komandasından olan 6 nəfəri də ifadə verməyə çağırıb.

Nümayəndələr Palatasının 6 Yanvar Komitəsinin başçısı Benni Tompson yazılı açıqlamasında həmin şəxslərdən bəzi sənədlərlə yanaşı, komitənin qarşısında çıxış etmək tələb edildiyini bildirib: “6 yanvar tarixindəki Konqresə hücumdan günlərlə əvvəl Trampın ən yaxın müttəfiqləri və müşavirləri 3 noyabr 2020-ci il tarixində keçirilən seçkilərlə bağlı dezinformasiya kampaniyası aparıblar və nümayəndələrin səslərinin sayılmasını əngəlləmək planlarını hazırlayıblar”.

İstintaqa cəlb edilən şəxslər bunlardır: Trampın 2020-ci il seçki kampaniyasının direktoru Bill Stepen, kampaniyanın müşavirlərindən olan Ceyson Miller, Angela Makkallam, Trampın hüquq müşaviri Con İstmen və keçmiş milli təhlükəsizlik müşaviri Mayk Flayn və Konqresə hücum planının hazırlandığı iddia edilən otelin nömrələrinin pulunu ödəməkdə ittiham edilən Bernard Kerik.

Bəlli olduğu kimi, 2021-ci il yanvarın 6-da Konqres binasında 2020-ci il noyabrın 3-də keçirilən ABŞ prezidenti seçkilərinin nəticələrinin təsdiqlənməsi üçün iclasın keçirildiyi zaman ultrasağ qüvvələr və Trampın dəstəkçiləri Konqresə hücum eləmişdilər.

Hücumlar nətisəcində biri polis olmaqla 5 nəfər həlak olmuşdu. Əhalini qiyama təşviq eləməkdə ittiham edilən Tramp isə Senatın fevral ayında keçirilən səsverməsində bəraət almışdı.

Respublikaçıların etirazlarına rəğmən, nümayəndələr Palatasındakı demokratlar komitə quraraq hadisənin istintaqına başlayıblar. 

 Hürr Tərcüman