📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Trampla bağlı qərar verildi

2025-01-11 00:31:28

Trampla bağlı qərar verildi

Nyu-Yorkda məhkəmə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı maliyyə sənədlərini saxtalaşdırdığına görə məsuliyyətdən azad edib.

Məhkəmə siyasətçini qeyd-şərtsiz azadlığa buraxıb. Bu o deməkdir ki, o, həbs, cərimə və sınaq müddəti ilə üzləşməyəcək. Bununla belə, hökm qüvvədə qalacaq.

Qeyd edək ki, bu, Trampı ağır cinayətdə ittiham olunaraq vəzifəyə gələn ilk ABŞ prezidenti edəcək. Onun andiçmə mərasimi yanvarın 20-də baş tutacaq. ABŞ Konstitusiyası cinayət keçmişi olan şəxslərin dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməsini və ya vəzifə tutmasını qadağan etmir. \\Qafqazinfo.Az