Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə əlavə qaz həcmlərinin tədarükü daha da genişlənir
2023-02-24 14:51:00
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə əlavə qaz həcmlərinin tədarükü üçün yeni müqavilələr imzalanıb. “TAP 2026-cı ildən başlayaraq ildə əlavə gücə malik olacaq 1,2 milyard kubmetr ayırmaq qərarına gəlib. Yunanıstandakı stansiyaya təxminən 15 MVt gücündə daha bir kompressor qurğusunun əlavə edilməsi və oradakı avadanlıqların yenilənməsi nəzərdə tutulur”.
TAP hər il İtaliyaya 8 milyard kubmetr metr, Yunanıstan və Bolqarıstana isə 1 mlrd kubmetr Azərbaycan qazını verir.
Ülviyyə, Hurriyyet.az