📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Trass Britaniya səfirliyinin Qüdsə köçürülməsi məsələsini nəzərdən keçirir”

2022-09-22 11:27:00

“Trass Britaniya səfirliyinin Qüdsə köçürülməsi məsələsini nəzərdən keçirir”

Hurriyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Liz Trass İsraildəki Britaniya səfirliyinin Tel-Əvivdən Qüds şəhərinə köçürülməsi məsələsini nəzərdən keçirir. Bu barədə məlumatı İsrailin Baş naziri Yair Lapid verib.

Yair Lapid Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının 77-ci sessiyası zamanı Trassla görüşdükdən sonra deyib: “Böyük Britaniyanın İsraildəki səfirliyini Yerusəlimə köçürmək məsələsinə müsbət yanaşdığını söyləyən gözəl dostum, Böyük Britaniyanın Baş naziri Liz Trassa minnətdarlığımı bildirirəm”.

Hürr Tərcüman