📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

2024-08-03 21:04:29

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

TSAXAL ordusunun İordan çayının Qərb sahilindəki Tulkarm şəhərinə zərbələri zamanı HAMAS-ın komandirlərindən biri və 4 silahlı zərərsizləşdirilib.

Hurriyyet.az “Reuters“ə istinadən xəbər verir ki, hadisə onların avtomobilinin raketlə vurulması nəticəsində baş verib.

İkinci raket zərbəsi zamanı isə daha 4 nəfər öldürülüb.

Qeyd edək ki, iyulun 31-də HAMAS lideri İsmail Haniyə Tehranda iqamətgahının raket zərbəsinə məruz qalması nəticəsində qətlə yetirilib.