TSQ-nın Suriyadakı qarşıdurmalara heç bir aidiyyatı yoxdur - DMM
2024-10-16 23:05:08
Rabitə İdarəsi Dezinformasiya ilə Mübarizə Mərkəzi “Suriya sərhədindən Türkiyəyə hücum olub” iddiasının doğru olmadığını açıqlayıb.
Türkiyə Cümhuriyyəti Dezinformasiya ilə Mübarizə Mərkəzindən verilən açıqlamada Türkiyə-Suriya sərhədində münaqişə nəticəsində "RPG 7" gülləsinin minalanmış əraziyə düşərək yanğına səbəb olduğu bildirilib.
Açıqlamada: "Türkiyə Silahlı Qüvvələri Suriyadakı qarşıdurmada iştirak etmir. Sərhədlərimizə hücum yoxdur. Rəsmi mənbələrdən başqa verilən açıqlamalara etibar etməyin", - deyə qeyd edilib. \\Redaktor.az