📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tsxinvalidəki “prezident seçkiləri”ni tanımırıq” - XİN

2026-09-22 20:39:39

“Tsxinvalidəki “prezident seçkiləri”ni tanımırıq” - XİN

Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə dair bəyanat yayıb.

Hurriyyet.media  XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha təsdiqlənib.

“Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımırıq”, – bəyanatda vurğulanıb.

Xatırladaq ki, Cənubi Osetiyada qondarma “prezident seçkiləri” 18 sentyabr 2026-cı ildə keçirilib.