📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tünzalə Ağayevadan ETİRAF: “İkinci baharımı yaşayıram” - VİDEO

2022-02-04 15:29:00

Tünzalə Ağayevadan ETİRAF: “İkinci baharımı yaşayıram” - VİDEO

Xalq artisti Tünzalə Ağayeva aşiq olub.

Müğənni bu barədə ATV-də yayımlanan “Günün sədası” verilişində danışıb:

“Hər bir insanın nəyə ehtiyacı varsa, mənim də ona ehtiyacım var. Sevgiyə də ehtiyacım var. Qadın bir çiçəkdir, ağacdır. Daim baxılmağa, bəslənməyə ehtiyacı var.

Bəhram Bağırzadə məndən soruşdu ki, sənə nə olub? Niyə tez-tez dəyişilirsən? Aşiq olmusan? Deyirəm, hə. Sevdiyim insanın kimliyini açıqlamayacam. Onu söyləməməyə haqqım var. Hamının həyatında normal dəyərlər var. Mənə belə rahatdır. İkinci baharımı yaşayıram”.

oxu.az