"Tuqay meşələrinin ərazisində meşəbərpa işləri görüləcək" - NAZİR MÜAVİNİ
2021-12-15 12:11:00
"Meşə fondu torpaqlarının, Tuqay meşələrinin ərazisinin bərpası və yeni meşə zolaqlarının salınması ilə bağlı layihələr var". Hurriyyet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, bu layihələr əsasən Kür çayı boyu ərazilərdə həyata keçirilir: "Burada seyrəlmiş və müəyyən səbəblərdən məhv olmuş meşələrin mərhələli bərpası həyata keçirilir".