📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Turan" öz meydanında "Sabah"ı məğlub etdi

2025-04-12 20:08:52

Misli Premyer Liqasında növbəti qarşılaşma baş tutub.

XXX tur çərçivəsində “Turan Tovuz” öz meydanında “Sabah”ı qəbul edib.

Qarşılaşma meydan sahibinin qələbəsi ilə başa çatıb - 2:1.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Turan Tovuz" dördüncü pillədəki mövqeyini qoruyub. "Sabah" 36 xalla beşinci yerdədir.

Günün saat 19:15-də start götürəcək matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, ötən gün "Qarabağ" "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq. \\Axar.Az