"Turan Tovuz" klubu futbolçusu ilə yeni müqavilə imzalayıb
2024-06-30 17:01:49
"Turan Tovuz" klubu futbolçusu Xəyal Nəcəfovla yeni müqavilə imzalayıb.
Hürriyyət.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son iki mövsümü Tovuz təmsilçisinin heyətində keçirən yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu “Turan Tovuz”un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.