📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Turan Tovuz" rəhbərliyindən I Liqa klubuna jest

2024-09-09 21:30:40

I Liqanın ilk turunda "İmişli" "Baku Sportinq"i qəbul edəcək.

Görüş Tovuzda keçiriləcək. İmişlidəki stadion təmirə bağlanıb. Klub rəhbərliyi oktyabra kimi ev oyunlarının bu şəhərdə keçirilməsini istəyib. Tovuzla İmişli arasında 300 km məsafə var. Görəsən, klub rəhbərliyi nə üçün bu addımı atıb? Sualımızı Aran təmsilçisinin idman direktoru Aqşin Mürsəlova ünvanladıq. Klub rəsmisi https:Offsideplus.az-a açıqlamasında məsələyə belə aydınlıq aydınlıq gətirdi:

"Tovuzda stadionu bizə təmənnasız verdilər. "Turan Tovuz" rəhbərliyinə təşəkkür edirəm. Bizə xüsusi jest etdilər. İmişlidən Bakıya olan məsafə ilə Tovuza olan yol ilə eynidir. Həmçinin, heyətimizdə Tovuzdan olan futbolçularımız da var. Həm də həmin stadionda axşam saatlarında, daha uyğun hava şəraitində futbol oynamaq olur. Premyer Liqa stadionu olduğuna görə üstünlükləri çoxdur".