📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Turan Tovuz”da yeni hücumçu

2026-01-24 23:51:20

“Turan Tovuz”da yeni hücumçu

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, Tovuz klubu Coş Cinnellini heyətinə qatıb.

“Aston Villa”nın yetirməsi olan ingiltərəli futbolçu ilə 1,5 + 1 illik müqavilə bağlanıb.

Son olaraq İngiltərə Çempionşipində mübarizə aparan “Suonsi”nin formasını geyinmiş 28 yaşlı hücumçu, karyerası ərzində vətənində “Şrusberi”, “Börnli”, “Altrinhem”, “Linkoln”, “Tranmer”, “Uolsol”, “Preston”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts”ın şərəfini qoruyub.