📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Turistlərə atəş açıldı: Ölənlər var -VİDEO

2023-09-01 19:10:24

Turistlərə atəş açıldı: Ölənlər var -VİDEO

Əlcəzair sahil mühafizəsi Mərakeşin Saidia kurort qəsəbəsindən reaktiv xizəklə Əlcəzair sularına daxil olan 4 Fransa-Mərakeş vətəndaşına atəş açıb.

Yerli mənbələrdən verilən açıqlamada atışma nəticəsində 2 nəfərin  öldüyü, digər şəxsin sahil mühafizə qrupu tərəfindən saxlanıldığı bildirilib.

Qrupda olan digər şəxsin  qaçaraq Mərakeşə dönə bildiyi öyrənilib.

Əlcəzair rəsmiləri insidentlə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Qərbi Sahara ilə bağlı ziddiyyətli olan Mərakeş və Əlcəzair arasında uzun illərdir gərginlik davam edir. İki ölkə arasındakı sərhəd 1994-cü ildə bağlanıb və Əlcəzair 2021-ci ilin avqustunda Mərakeşlə bütün diplomatik əlaqələri kəsib. Əlcəzair Mərakeşi düşmənçilikdə günahlandırsa da, Mərakeş administrasiyası bu iddiaları rədd edib.

 

 

Medianews.az