Türk diplomat Ermənistanla sərhəd məntəqəsinə gedib
2022-07-25 12:08:00
Hurriyyet.az “Gazete Kars” nəşrinə istinadla xəbər verir ki, Ermənistanla münasibətlərin normallaşdırılması danışıqlarında Türkiyəni təmsil edən diplomat Serdar Kılıç bir qrup nümayəndə ilə dünən Kars vilayətinə səfər edib. Serdar Kılıç səfər çərçivəsində Karsın Ermənistanla sərhəddə olan Akyaka Doğu Kapı sərhəd məntəqəsində də olub.
Hürr Tərcüman