📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk Dövlətləri Təşkilatı açıqlama verdi

2022-01-06 14:22:00

Türk Dövlətləri Təşkilatı açıqlama verdi

Hurriyyet.az “Haber Qlobal” portalına istinadla xəbər verir ki, Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş verənlərlə bağlı açıqlama verib.

Türk Dövlətləri Təşkilatının açıqlamasında deyilir: “Biz Qazaxıstanda sülhə və sabitliyə böyük əhəmiyyət verdiyimizi vurğulayır, üzv ölkəmiz olan Qazaxıstanla tam həmrəy olduğumuzu bəyan edirik. Biz qardaş qazax xalqının sağlam düşüncəsinə və onun normal həyata qayıdacağına inanırıq. Hesab edirik ki, Qazaxıstan hökuməti problemi sülh yolu ilə həll eləmək, asayiş və sakitliyi bərpa eləmək imkanlarına malikdir. Biz Qazaxıstan Hökumətinə və xalqına lazım olan dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələr nəticəsində insanların həlak olmasından kədərləndiyimizi bildirir və zərər çəkənlərin tezliklə sağalmasını arzulayırıq”.

Hürr Tərcüman