Türk Dövlətləri Təşkilatının növbəti sammitində hansı qərar veriləcək? – Turana doğru
2022-10-14 12:27:00
Hurriyyet.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının 11 noyabr tarixində Səmərqənddə keçiriləcək sammitində birgə investisiya fondunun yaradılması məsələsi razılaşdırılacaq. Bu barədə məlumatı Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev verib.
Açıqlamada deyilir: “Türk İnvestisiya Fondunun yaradılması üzərində iş başa çatıb və sammitdə onun yaradılması barəsində qərar veriləcək. Bu, bizim iqtisadi inteqrasiyamız sahəsində böyük addımdır”.
Baş katib bildirib ki, sammitin gedişində nəqliyyat dəhlizləri, kömpük prosedurlarının sadələşdirilməsi, preferensial ticarətlə bağlı sənədlər imzalanacaq. Amreyev deyib: “Xidmət və investisiya sahələrində azad ticarət rejiminin yaradılması üçün səy göstəririk”.
Hürr Tərcüman
