📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk dövlətlərinin başçıları gəmi ilə Demokratiya və Azadlıq adasına yollanıblar

2021-11-12 16:08:00

Türk dövlətlərinin başçıları gəmi ilə Demokratiya və Azadlıq adasına yollanıblar

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Demokratiya və Azadlıq adasında keçiriləcək VIII Türk Şurası Sammiti çərivəsində İstanbula gəlmiş üzv ölkələrin dövlət başçıları ilə görüşüb. Dövlət başçıları açılış mərasimi üçün Sultanahmet meydanında yerləşən Türk Şurası Baş Katibliyi binasında toplaşıblar.

Mərasimdə Şura üzvləri – Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şevket Mirziyoyev ilə müşahidəçi ölkə Macarıstanın Prezidenti Viktor Orban və müşahidəçi ölkə qismində Şurada ilk dəfə iştirak edən Türkmənistanın dövlət başçısı Qubanqulu Berdimuhammedov ilə Türk Şurasının Baş katibi Bağdad Amreyev də iştirak ediblər.

“Yaşıl Texnologiyalar və Rəqəmsal Dövrdə Ağıllı Şəhərlər” mövzusunda keçiriləcək sammitdə iştirak eləmək üçün İstanbula gəlmiş dövlət başçıları və heyətlər gəmi ilə Demokratiya və Azadlılar adasına yola düşüblər.

Prezident Ərdoğan gəmidə Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov və Macarıstanın Baş naziri Viktor Urban ilə söhbət edib.

 

Hürr Tərcüman