📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk dövlətlərinin xarici işlər nazirləri bir araya gəldilər

2026-04-18 17:34:37

Türk dövlətlərinin xarici işlər nazirləri bir araya gəldilər

V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

Modern.az xəbər verir ki, toplantıda Türkiyə və təşkilatın dövr sədri olan Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunub. İclasda təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev iştirak edib.

İclas üzv ölkələr tərəfindən “Ailə Məclisi” kimi xarakterizə edilən TDT çərçivəsində son dövrdə sürət qazanan yüksəksəviyyəli təmasların növbəti mərhələsini təşkil edib .