📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Türk Dünyası Film Festivalında Güney Azərbaycan kinosunun olmaması ciddi çatışmazlıq idi" - RƏŞİD HACILI

2023-10-12 12:38:31

"Onları mənəvi və maddi dəstəkləmək, önə çəkmək, işbirliyi qurmaq, Güneydə türkdilli yaradıcılığa təkan vermək ilk öncə məhz Bakının vəzifəsidir"

"Dədə Qorqud (Korkut Ata) Türk Dünyası 3-cü Film Festivalı başa çatıb. Bakıda keçirilən bu festivalda Türkdilli ölkələri və Qaqauz eli sinemaçılarının çəkdiyi filmlər göstərilib. Bu, türkdilli film yaradıcıları arasında bağları dərinləşdirməyə önəmli qatqı verəcək bir törəndir". Hurriyyet.az xəbər veri ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı bildirib.

Rəşid Hacılı həmçinin, Güney Azərbaycandan olan çox dəyərli film yaradıcılarının bu festivalda olmamasından təəssüfləndiyini də qeyd edib: "Nədəni bəlli deyil. Hər anlamda ciddi çatışmazlıq idi. Güneydə böyük potensialı olan kino yaradıcıları var. Bütün çətinliklərə baxmayaraq, türk dilində film çəkənlər artır. Onları mənəvi və maddi dəstəkləmək, önə çəkmək, işbirliyi qurmaq, Güneydə türkdilli yaradıcılığa təkan vermək ilk öncə məhz Bakının vəzifəsidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az