📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk əsgəri İraqın şimalında böyük antiterror əməliyyatı keçirdi

2021-10-27 13:20:00

Türk əsgəri İraqın şimalında böyük antiterror əməliyyatı keçirdi

 

Hurriyyet.az “TRT Haber” kanalına istinadən xəbər verir ki, Türkiyə hərbçiləri İraqın şimalında uğurlu əməliyyat aparıblar. Avaşin rayonunu mühasirəyə alan türk hərbçiləri daxil olunması mümkünsüz hesab edilən nöqtələrdən biri olan Kartal təpə bölgəsində bir qrup terrorçunu küncə qısnayıblar. “Təslim ol” çağırışlarına cavab olaraq atəş açan çox sayda terrorçu zərərsizləşdirilib. 21 oktyabr tarixində başlamış əməliyyat davam edir. 

Hürr Tərcüman