📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Türk hərbi kontingenti Laçın Dəhlizinin bir addımlığında dayanıb" - RUSİYAYA SƏRT CAVAB

2021-09-07 22:10:00

Türkiyə və Azərbaycan hərbiçilərinin Laçın rayonunda döyüş atışlı taktiki təlimlərinin keçirilməsi bir neçə istiqamətdə mesaj xarakterlidir.

Birinci, Türkiyə hərbiçiləri artıq azad olunmuş ərazilərdədir.

İkinci, bir müddət bundan əvvəl qeyd edilirdi ki, Türk hərbi kontingenti Azərbaycani tərk edir. Amma nəinki tərk etmir, hətta Laçın Dəhlizinin bir addımlığında dayanıb.

Üçüncü, bu təlim bir neçə gün bundan əvvəl Rusiya sülhməramlı qüvvələrinin dəhlizdə taktiki təlimlərinə cavab idi.

Dördüncü, Azərbaycan bununla mesaj verdi ki, Laçın dəhlizini bağlaya bilər və burada da Türkiyə Azərbaycanla hərəkət edəcək.

 

Politoloq Məhəmməd Əsədullazadə