Türk kəşfiyyatçıları Suriyada PKK rəhbərini vurdular
2022-08-16 22:45:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalındakı Qamışlıda rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı PKK/YPG rəhbərlərindən birini zərərsizləşdirib.
“Dicvar Silopi” ləqəbli Muhsin Yağan terror təşkilatının Qamışlıdakı dəstələrinin başçısı olub.
Yağan Türkiyə sərhədi boyunca təhlükəsizlik qüvvələrinə qarşı bir çox terror aktının planlayıcısı və icracısı olub.
Hürr Tərcüman