Türk kəşfiyyatı Suriyanın şimalında əməliyyat apardı – İŞİD üzvləri yaxalandı
2022-11-19 14:43:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında, “Fərat qalxanı” əməliyyatı zonasında antiterror əməliyyatı aparıb.
Ankaradakı təhlükəsizlik idarələrindəki mənbələrin verdikləri məlumata görə, yerli təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birgə aparılan əməliyyat nəticəsində Suriyanın şimalında 11 İŞİD terrorçusu yaxalanıb. Onlardan çox sayda partlayıcı maddə və silah-sursat müsadirə edilib.
Hürr Tərcüman