📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Türk kimdir, Azərbaycan kimdir, bunu hər kəs gördü...”

2021-11-06 11:33:00

“Türk kimdir, Azərbaycan kimdir, bunu hər kəs gördü...”

Ötən gün noyabrın 5-də axşam Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu ölkənin silahlı qüvvələrinin qoşun növlərinin komandanları ilə birlikdə Azərbaycanın Ankaradakı səfirliyində Zəfər Günü ilə bağlı təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Hurriyyet.az xəbər verir ki, Hulusi Akar mərasimdə mühüm mesajlar verib, Azərbaycan ordusunun qələbəsinin türkün kim olduğunu bütün dünyaya göstərdiyini deyib.

Mərasimdə Hulusi Akarla bərabər Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Yaşar Güler, quru qoşunlarının komandanı, ordu generalı Musa Avsever, dəniz qüvvələrinin komandanı, ordu admiralı Adnan Özbal, hava qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz, milli müdafiə nazirinin müavini Alparslan Kavaklıoğlu da mərasimdə iştirak edib.