📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk mətbuatı: “Karsda ermənilər üçün dəyərli olan bina ilə körpü bərpa ediləcək, Van ermənilərin turizm mərkəzinə çevriləcək” 

2022-01-25 15:20:00

Türk mətbuatı: “Karsda ermənilər üçün dəyərli olan bina ilə körpü bərpa ediləcək, Van ermənilərin turizm mərkəzinə çevriləcək” 

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Ermənistanın regionlarına aviareyslər açmağı və İrəvanla ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bu barədə məlumatı Türkiyənin “Hürriyet” qəzeti ölkə prezidentinin administrasiyasında xarici siyasət üzrə qapalı müzakirələrə istinadla yayıb. 

Bundan əvvəl Türkiyənin mülki aviasiya idarəsi bildirmişdi ki, fevralın 2-dən etibarən iki ölkə arasında uçuşlar başlanacaq. Uçuşlar həftədə 3 dəfə olacaq. Ermənistanın Ərazi İdarəsi və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bəyan edib ki, ölkənin aviasiya rəhbərliyi Türkiyənin “Peqasus” şirkətinə həftədə iki dəfə reyslər keçirməyə icazə verib.

“Hürriyet” qəzeti Türkiyənin Van şəhərinin ermənilər üçün turizm mərkəzinə çevrilə biləcəyini qeyd edib.  Nuray Babacan imzalı müəllifin bu gün qəzetin internet saytında yerləşdirilən “Xarici siyasətdə hədəf: problemsiz çənbər” adlı məqaləsində yazılıb: “Eyni zamanda ermənilərin tarixi baxımdan böyük əhəmiyyət verdikləri bəzi tarixi abidələri –  məsələn, Qars yaxınlığındakı tarixi binanı və körpünü bərpa eləmək planlaşdırlır. Erməni diasporasının təzyiqini azaltmaq üçün eyni zamanda ticarət əlaqələri də genişləndiriləcək”. https://www.hurriyet.com.tr/gundem/dis-politikada-hedef-sorunsuz-cember-41989501

Türkiyənin Kars vilayəti ilə ermənilərin tarixi əlaqələri barəsində isə “Anadolu Agentliyi”ndə dərc edilmiş bu yazıdan məlumat almaq olar: https://www.aa.com.tr/tr/turkiye/ermeni-cetelerinin-karsta-yaptigi-katliam-unutulmuyor/2219980 

Hürr Tərcüman