📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk ölkəsi Ermənistana silah verir? - Bəyanat

2023-11-24 18:00:02

Türk ölkəsi Ermənistana silah verir? - Bəyanat

Ermənistana Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılan iddialara cavab olaraq Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

"Bununla əlaqədar olaraq vətəndaşlardan və KİV-dən yayılan şayiələrə reaksiya verməməyi və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyi xahiş edirik", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Ermənistan müdafiə naziri Papikyan Ermənistanın Qazaxıstandan “TOS-A” reaktiv yaylım atəşi sistemlərini almaq planlarını açıqlayıb.

axar.az