📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk ölkəsi Rusiyadakı vətəndaşlarına xəbərdarlıq etdi

2024-04-01 22:30:08

Türk ölkəsi Rusiyadakı vətəndaşlarına xəbərdarlıq etdi

Qazaxıstan vətəndaşları Rusiyada olduqları müddətdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tələb olunan bütün lazımi sənədləri özləri ilə götürməlidirlər.

Bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiarova bildirib.

“Yaxşı olar ki, vətəndaşlarımızın bu və ya digər ölkədə olma məqsədini təsdiq edən sənədlər yanlarında olsun”, - Smadiarova bildirib.

Onun sözlərinə görə, ərazisində irimiqyaslı terror aktı baş verən istənilən dövlət öz təhlükəsizliyini təmin etmək üçün avtomatik tədbirlər görür.

“Kiminsə saxlanılıb yoxlanılması xəbəri normadır”, - XİN nümayəndəsi bildirib. \\Axar.Az