Türk ordusu İraqda 11 terrorçunu zərərsizləşdirdi
2024-10-20 00:28:18
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi əməliyyatda 11 terrorçu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında bildirilib.
Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyatlar nəticəsində Hakurk bölgəsində 10, Metina bölgəsində 1 PKK terrorçusu zərərsizləşdirilib./APA