📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk ordusu İraqın şimalındakı terrorçuları zərərsizləşdirib

2022-04-13 13:05:00

Türk ordusu İraqın şimalındakı terrorçuları zərərsizləşdirib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında, “Pençe-Kaplan” əməliyyatı zonasında 3 nəfər PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi öz “Tvitter” səhifəsində verib. İraqın Haftanin rayonunda yerləşən terrorçuların mövqelərinə artilleriya zərbəsi endirilib.

Hürr Tərcüman