📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk ulduz İngiltərə nəhənginin "radarı"nda

2025-02-21 23:31:22

Türk ulduz İngiltərə nəhənginin

Hakan Çalhanoğlu İngiltərə nəhənginin "radarı"na düşüb.

"Nyukasl" türk ulduzun xidmətində maraqlıdır. Bu barədə "TeamTalk"da məlumat yayılıb.

Premyer Liqa klubunun transferin gerçəkləşməsi üçün şərtləri araşdırmağa başladığı qeyd olunub.

Çalhanoğlunun hazırda klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.

Xatırladaq ki, Hakan 2024/25 mövsümündə "İnter" forması ilə 25 oyuna çıxıb və 6 qola, 2 məhsuldar ötürməyə imza atıb. \\Offsideplus.az