📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə 4 ilə 14 min km dəmir yolu çəkəcək?

2024-02-24 21:44:15

Türkiyə 4 ilə 14 min km dəmir yolu çəkəcək?

Türkiyədə 2028-ci ilədək 1780 kilometr avtomobil və 14 min kilometrədək dəmir yolunun salınması planlaşdırılır.

Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu İzmirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyədə dəmir yollarının ümumi uzunluğunu 28 min kilometrə çatdırmaq planlaşdırılır.

“Yaxın illərdə Türkiyə hökuməti mülki aviasiya sahəsində mühüm addımlar atacaq, lakin nəqliyyat sahəsində əsas diqqət dəmir yollarına ayrılacaq. Məhz bu məsələyə dövlət investisiyaları nəzərdə tutulub. Bu, prioritetdir”, - nazir qeyd edib. \\Axar.Az