“Türkiyə 5-6 il sonra S-400 və “Patriot” səviyyəli sistemlərə sahib olacaq”
2023-04-04 16:08:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Demir TRT kanalına müsahibəsində Türkiyənin “Siper” Hava Hücumundan Müdafiə sisteminin “Patriot” və ya S-400 kompleksləri səviyyəsinə çatdırılması üçün beş-altı il lazım gəldiyini bildirib.
Demir deyib: “SAMP-T” sistemləri (Eurosam – qeyd.) ilə artıq tam rəqabət aparırıq. Onlar bəzi xarakteristikalar üzrə bir qədər üstün olsalar da, bizim “Siper” sistemlərimiz bu səviyyəyə yaxındır. Biz “Patriot”a da yaxınlaşırıq. “Patriot” və ya S-400 sistemlərinə gəlincə, bizə beş-altı il daha vaxt verin və o zaman bizim də anoloji sistemlərimiz olacaqdır”.
Hürr Tərcüman