📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ABŞ-dan Rusiya üçün zəmanət alıb

2022-10-18 16:17:00

Türkiyə ABŞ-dan Rusiya üçün zəmanət alıb

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ankaranın Rusiyanın kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması ilə bağlı Vaşinqtondan zəmanət aldığını bəyan edib. Kalın deyib: “Amerikalı tərəfdaşlarımızla söhbətlərimizdə Rusiya məhsullarının bazarlara çıxması üçün heç bir maneə olmayacağına dair təminat aldıq, sualları aradan qaldırmaq üçün bunu ictimailəşdirməyi təklif etdik”.

Kalın onu da qeyd edib ki, hələlik Moskvadan taxıl sövdələşməsinin müddətinin uzadılması ilə bağlı dəqiq cavab gəlməyib: “Türkiyə və BMT bu mövzuda Rusiya ilə təmaslarını davam etdirir, razılaşmanı altı ay və ya bir il uzatmaq bizim üçün ideal olardı”.

Hürr Tərcüman