📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ABŞ-ın Rusiya bazarındakı payını aldı – “Whirpool” zavodları “Arçelik”in idarəsinə keçdi

2022-06-28 13:20:00

Türkiyə ABŞ-ın Rusiya bazarındakı payını aldı – “Whirpool” zavodları “Arçelik”in idarəsinə keçdi

Hurriyyet.az xəbər verir ki, Türkiyənin “Arçelik” məişət texnikası şirkəti Amerikanın “Whirpool” şirkəti ilə razılaşma imzalayaraq, onun Rusiya ərazisindəki “İndesit İnterneşnl” və “Virlpul Rus” firmalarındakı səhmlərini satın alıb. Bu barədə məlumatı Rusiyanın TASS informasiya agentliyi yayıb.

“Arçelik” şirkətinin açıqlamasında deyilir: “Sövdələşmənin dəyəri 220 milyon avro məbləğindəki limit yüksəkliyini keçə bilməz. Hər iki şirkət Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Belarus və Monqolustanda fəaliyyət göstərir. “Stinol” markası da satılan şirkətlərlə birlikdə təhvil verilib. Bundan başqa, yuxarıda adları çəkilən ölkələrdə “Indesit” və “Hotpoint” brendlərindən də istifadə ediləcək”.

Xatırladaq ki, Rusiyanın Lipetsk şəhərində yerləşən şirkətlərin istehsal gücü ildə 2,8 milyon ədəd texnika istehsal eləməyə imkan yaradır”.

Hürr Tərcüman