📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ABŞ-la F-16-ların tədarükü müqaviləni ləğv edir

2024-07-12 15:35:25

Türkiyə ABŞ-la F-16-ların tədarükü müqaviləni ləğv edir

Türkiyə ABŞ-dan F-16 qırıcıları almaq üçün nəzərdə tutulan 23 milyard dollarlıq müqaviləni ləğv etməyə hazırlaşır və təyyarənin bəzi komponentlərinin ölkə daxilində istehsalına dair razılaşma əldə etməyə çalışır.

Hurriyyet.az bildirir ki, bu barədə Bloomberg məlumatl yayıb.

Mənbələrə görə, Türkiyə daxili xərclərin azaldılması fonunda milyardlarla dollara qənaət etmək üçün döyüş təyyarələri üçün daha az təkmilləşdirmə dəstləri və sursat almağa çalışır.

Agentliyin həmsöhbətləri bildiriblər ki, Ankara bəzi ehtiyaclarını ödəmək üçün öz aviasiya sənayesini inkişaf etdirmək istəyir.

Bizimxeber.az