📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Adanada əlavə "Patriot" sistemi yerləşdirir

2026-03-18 13:42:15

Türkiyə Adanada əlavə

Türkiyə Adanada ölkə ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirir. Hurriyyet.az 

 xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Patriot" sistemi Almaniyadakı Müttəfiqlərin Hava Komandanlığı (NATO AİRCOM) tərəfindən Adanada əlavə olaraq yerləşdirilir.

Qeyd edək ki, Türkiyə bundan əvvəl Malatyada ölkə ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirib.

Xatırladaq ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan üç raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.