Türkiyə Afinanı "yanmağa qoymadı"
2024-08-13 10:29:28
Türkiyə Afinanı bürüyən yanğınlarla mübarizədə Yunanıstana kömək etmək üçün iki yanğınsöndürən təyyarə və bir helikopter göndərib. Bu barədə TRT Haber məlumat verib.
Son xəbərlərə görə, Yunanıstan minlərlə insanın evlərini və məşhur turistik yerlərini tərk etməyə məcbur edən ciddi meşə yanğınları təhlükəsi ilə üz-üzədir.
Belə ki, Afina yaxınlığında böyük meşə yanğını baş verib və güclü külək səbəbindən sürətlə yayılıb. Hündürlüyü 25 metrə çatan yanğın ətrafdakı evləri və əmlakı məhv edib. Rəsmilər təcili mesajlar göndərərək Varnava və Qrammatiko şəhərlərinin sakinlərini təxliyə ediblər. Yanğının söndürülməsinə 700-dən çox yanğınsöndürən, 120 texnika və könüllülər, 17 təyyarə və 18 helikopter cəlb olunub.
Lalə, Hurriyyet.az