Türkiyə Almaniya ilə Rusiya arasında vasitəçilik etməyə hazırdır
Hurriyyet.az xəbər verir ki, “Aydınlık” qəzetinin yazdığına görə, İstanbul İqtisadi Sammitinin İcraiyyə Komitəsinin sədri Abdullah Deyer Türkiyənin dekabr ayında Rusiyanın Energetika naziri Nikolay Şulqinov ilə onun almaniyalı həmkarı Robert Habek arasında görüş təşkil etməyi planlaşdırdığını söyləyib: “Biz münaqişədə olan ölkələri və təşkilatları birləşdirə bilərik. Əslində, Almaniya və Rusiyanın enerji nazirlərini bir araya gətirmək istərdik. Bu, Türkiyə və İstanbul İqtisadi Zirvəsi üçün böyük uğur olacaq”. Deyerin sözlərinə görə, hələlik nazirlər razılıq bildirməyiblər: “Mən tərəflərə təklifimizi bildirdim. Onlar bunun real olmadığını söylədilər. Lakin hər şey qəflətən 24 saatın içərisində reallaşa bilər”.
İstanbul İqtisadi sammiti 8-9 dekabr tarixində keçiriləcək.
Hürr Tərcüman