Türkiyə Avro-2024-ün final mərhələsinə vəsiqə qazandı
2023-10-16 08:45:23
Hurriyyet.az xəbər verir ki, Türkiyənin futbol üzrə yığma komandası Avropa-2024 çempionatının kvalifikasıya mərhələsindəki qarşılaşmada öz meydanında Latviya komandasına qalib gəlib.
D qrupunun görüşü oktyabrın 15-də Konya şəhərində keçirilib və 4:0 hesabla ev sahiblərinin qələbəsi ilə başa çatıb. Qolları Yunus Akgün (58), Cenk Tosun (83,90) və Kerem Aktürkoğlu (87) vurublar.
Türkiyə 16 xal toplayaraq cədvəldə birinci yeri tutub. Komanda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Latviya 3 xalla qrupda axırıncı – 5-ci yeri tutur.
Hürr Tərcüman