Türkiyə Avropa çempionatını qəbul edəcək
2023-10-10 14:39:41
Hurriyyet.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinin məlumatına görə, 2032-ci ilin futbol üzrə Avropa çempionatının ümumilikdə Türkiyə ilə İtaliyanın 10 şəhərində keçirilməsi planlaşdırılır.
Hər iki ölkədə qrup mərhələsinin, 1/8, dörddə bir finalların, yarımfinalların eyni sayda oyununun keçirilməsi planlaşdırılır. Açılış və final görüşləri də hər iki təşkilatçı arasında bərabər paylaşdırılacaq.
Hürr Tərcüman