📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Avropa ilə müqavilədə iştirakını dayandırdı

2024-04-05 15:25:18

Türkiyə Avropa ilə müqavilədə iştirakını dayandırdı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə "Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi"ndən çıxmağı qərara alıb. "Resmi qazete"də dərc edilən sənədə görə, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəsına əməl etməyəcək.
Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılmasını nəzərdə tutan müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib.
Hürr Tərcüman