📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Türkiyə Avropa İttifaqının mühüm tərəfdaşıdır”

2023-11-29 15:59:10

“Türkiyə Avropa İttifaqının mühüm tərəfdaşıdır”

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Aİ-Türkiyə münasibətləri hesabatının təqdimatından əvvəl mətbuat nümayəndələrinin qarşısında çıxış edib. Borrel Türkiyənin Avropa İttifaqının mühüm tərəfdaşı olduğunu söyləyib.

O, keçən il Aİ ilə Türkiyə münasibətlərində çətinliklər olduğunu da qeyd edib: “Şərqi Aralıq dənizi ilə bağlı dinamikaya görə, bəzi Aİ ölkələri ilə Türkiyə arasında fikir ayrılıqları oldu. Kipr məsələsi də bura daxildir. Lakin biz konstruktiv müzakirələr apardıq. Birlikdə həll eləməli olduğumuz bəzi məsələlər hələ də açıq qalır”.

Borrel Aİ-nin Türkiyə ilə qarşılıqlı faydalı münasibətlərdə maraqlı olduğunu bəyan edib.

“Əvvəl də söylədiyim kimi, Türkiyə mühüm tərəfdaş, qonşudur. Eyni zamanda unutmamalıyıq ki, Türkiyə Aİ üzvlüyünə namizəd statusuna malikdir”.

Hürr Tərcüman