📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Avropanın ən böyük qaz tədarükçüsünə çevriləcək

2024-01-19 11:45:00

Türkiyə Avropanın ən böyük qaz tədarükçüsünə çevriləcək

Hurriyyet.az "Sabah" nəşrinə istinadla xəbər verir ki, Türkiyənin "Botas" neft-qaz şirkəti Sankt-Peterburqda Rusiyanın analoji "Qazprom" şirkəti ilə danışıqlar aparacaq. Tərəflər "qaz qovşağı"nın və qaz tədarükü mərkəzinin yaradılması layihəsinin təfərrüatlarını müzakirə edəcəklər.  
Nəşrin yazdığına görə, Türkiyənin Trakya vilayətində inşa ediləcək qaz ticarəti mərkəzi Türkiyənin Avropanın ən böyük qaz tədarükçüsünə çevirəcək.
Qaz qovşağından savayı, Rusiya qazının Türkiyəyə tədarükü mərkəzinin yaradılması barəsində danışıqların aparılması da planlaşdırılır.
Ötən ilin sonunda Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Türkiyədə qaz qovşağı layihəsinin reallaşdırılmasının 2024-cü ildə başlana biləcəyini xəbər vermişdi. Layihə ilə bağlı xəritə üzərində işin yaxın zamanda tamamlanacağı gözlənilir.
Hürr Tərcüman