📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dördtərəfli görüşü keçirilə bilər

2023-09-25 14:37:39

Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dördtərəfli görüşü keçirilə bilər

Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dördtərəfli görüşü keçirilə bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbələr bildiriblər.

Qeyd olunub ki, hələ ki bu məsələ müzakirə olunmayıb: “Amma belə planlar var. Görüşün tarixini və yerini müəyyənləşdirmək üçün bütün tərəflərin razılığına ehtiyac var”.

Xatırladaq ki, Türkiyə Prrezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-da belə bir görüşün keçirilməsini təklif etmişdi.