📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri Rusiya qazının nəqli məsələsini müzakirə edəcəklər

2022-11-14 10:27:00

Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri Rusiya qazının nəqli məsələsini müzakirə edəcəklər

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovla birlikdə Rusiyanın təklif elədiyi qaz mərkəzi layihəsini müzakirə edəcəyini bildirib.

Ərdoğan deyib: “Gələn ayın əvvəlində Türkmənistana səfər zamanı bu məsələni (qaz mərkəzi layihəsi məsələsi – red.) Azərbaycan və Türkmənistan liderləri ilə müzakirə eləmək niyyətindəyəm. Yaxşı nəticələr əldə edəcəyimizə ümid edirəm”.

Bəlli olduğu kimi, Rusiya ilə Türkiyənin dövlət başçıları Türkiyədə qaz mərkəzi yaradılması məsələsinin detallı və tez bir zamanda həll edilməsi ilə bağlı göstəriş veriblər. Rusiya bu mərkəz vasitəsi ilə qaz nəqlini “şimal axın”larından Qara dəniz və Türkiyə regionuna keçirmək niyyətindədir.

Hürr Tərcüman